Rusiyada koronavirusdan ölənlərin sayı 600-ü keçdi

 12:02 24.04.2020     1040

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5 849 nəfər koronavirusa yoluxub, 60 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 68 622 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 615 nəfərə çatıb.

Ümumilikdə 5 568 nəfər sağalıb, 62 439 nəfərin müalicəsi davam edir.