Gürcüstanda koronavirusa yoluxanların sayı 444-ə çatıb

 22:50 24.04.2020     718

Gürcüstanda COVID-19 infeksiyası xəstələrinin sayı 444-ə yüksəlib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək koronavirusdan 132 nəfər sağalıb, 5 nəfər isə ölüb.

Karantində 5 888, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.