Fransada koronavirusa yoluxanların sayı 22 mini keçib

 23:10 24.04.2020     711

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 22 245-ə çatıb. Belə ki, son 24 saat 389 nəfər virusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.

“Xəstəxanalarda və tibbi-ictimai müəssisələrdə epidemiyanın başlanğıcından bəri 22 245 nəfər ölüb”, - Salomon belə deyib.

Onun sözlərinə görə, 8,3 min ölüm faktı tibbi-ictimai müəssisələrdə, daha 13,8 min nəfər isə xəstəxanalarda qeydə alınıb.

Ölkədə son sutkada 1645 nəfər virusa yoluxub, yoluxanların ümumi sayı isə 159 828 nəfərə çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən