Koronavirus qurbanlarının sayı 200 minə çatır

 10:06 25.04.2020     447

Dünya üzrə koronavirus qurbanlarının sayı 195 920-yə çatıb.

Redaktor.az xəbər verir ki, məlumatı ABŞ-ın Cons Hopkins Universiteti yayıb.

Bildirilib ki, koronavirusa yoluxanların ümumi sayı 2 790 986 nəfərdir. Bu virusdan 781 382 nəfər sağalıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.