Gürcüstanda koronavirusa yoluxanların sayı 456-ya çatıb

 10:57 25.04.2020     660

Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 456 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 4949 nəfər saxlanılır, stasionar müalicədə isə  555 nəfər var. Virusa yoluxmuş şəxslərdən 132-si sağalıb, 5 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.