Ukraynada yoluxanların sayı 8 mini keçib

 11:12 25.04.2020     992

Ukraynada koronavirusa son sutkada daha 478 nəfərin yoluxduğu qeydə alınıb.

Redaktor.az xəbər verir ki, məlumatı Ukraynanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, pandemiyaya yoluxanların ümumi sayı 8 125-ə çatıb. Ukraynada 782 nəfər isə virusdan sağalıb. Ölkə üzrə 201 nəfər pandemiya qurbanıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.