Ermənistanda koronavirusa yoluxanların sayı 1677 nəfərə çatıb

 11:19 25.04.2020     1262

Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 81 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 28 nəfər koronavirusun qurbanı olub, 846 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.