Bolnisidə daha iki kəndə giriş-çıxış bağlanıb

 12:41 25.04.2020     2489

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirsa yoluxanların sayı 80-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsindən bildirilib.

Rayonda yüksək epidemioloji riskə görə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin tövsiyəsi əsasında Xatisopeli və Muşevani kəndlərinə giriş-çıxış bağlanılıb, hər iki kənd ciddi karantin zonası elan edilib.

Bolnisi bələdiyyəsi koronavirusun geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə hər iki kəndi təcrid edib. Kəndlərin girişlərində blok-postlar qurulub. Hər iki yaşayış məntəqəsinə ərzaq və dərman vasitələrinin gecikmə olmadan çatdırılması təmin ediləcək.

Qeyd edək ki, bundan öncə Bolnisinin Raçisubani, Kvemo Bolnisi (Kəpənəkçi), Savaneti (İmirhəsən), Baliçi və Daba Kazreti kəndlərinə də giriş-çıxış bağlanıb. //Report.az