Qırğızıstanda daha 17 nəfər yeni koronavirusa yoluxub

 11:37 26.04.2020     643

Qırğızıstanda yeni növ koronavirusa daha 17 nəfər yoluxub.

Redaktor.az-a verdiyi məlumata görə, bunu ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev brifinq zamanı deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 682 nəfərə çatıb. Yoluxanlardan 370 nəfəri sağalıb, 8 nəfər isə dünyasını dəyişib.