Gürcüstanda daha 29 nəfər koronavirusa yoluxub

 12:36 26.04.2020     687

Son sutka ərzində Gürcüstanda daha 29 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.

Redaktor.az-ın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “StopCov.ge” saytında məlumat yerləşdirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb. Ötən sutka ərzində virusa yoluxan 83 yaşlı kişi həyatını itirib. Beləliklə, ölənlərin sayı 6 nəfərə çatıb.