Rusiyada koronavirusdan ölənlərin sayı 747 nəfərə çatıb

 13:17 26.04.2020     744

Rusiyada son sutka ərzində yeni növ koronavirusa daha 6 361 nəfər yoluxub.

Redaktor.az-ınverdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 949 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxma halları ölkənin 85 regionunda qeydə alınıb. Ötən sutka ərzində 517 nəfər, ümumilikdə isə 6 767 nəfər koronavirusdan sağalıb.

Qeyd edilir ki, son sutka ərzində koronavirusdan 66 nəfər, ümumilkdə isə 747 nəfər dünyasını dəyişib.