İspaniyada koronavirusa yoluxan daha 288 nəfər ölüb

 13:35 26.04.2020     697

Son sutka ərzində İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 288 nəfər ölüb

Redaktor.az-ın xəbərinə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə virusa yoluxuma nəticəsində ölənlərin sayı 23 min 190 nəfərə çatıb.

Sutka ərzində 1729 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Beləliklə, İspaniyada indiyə qədər 207 min 634 nəfər koronavirusa yoluxub. İndiyə qədər 98 min 732 xəstə sağalıb.

Qeyd edək ki, İspaniya hazırda koronavirusa yoluxma nəticəsində ölənlərin syaına görə dünyada ABŞ və İtaliyadan sonra üçüncü yerdə, koronavirusa yoluxanldarın sayına görə isə ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.