Gürcüstanda koronavirusa yoluxanların sayı 511-ə çatıb

 10:00 28.04.2020     1223

Gürcüstanda koronavirusa yoluxanların sayı 14 nəfər artaraq 511-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasından 156 nəfər sağalıb, 6 nəfər isə ölüb.

Hazırda ölkə üzrə karantində 5 107, stasionar nəzarətdə isə 534 nəfər saxlanılır.