Özbəkistanda koronavirusa yoluxanları sayı 2 minə çatır

 10:45 29.04.2020     1083

Özbəkistanda koronavirusa yoluxanların sayı 1 955-ə çatıb.

Redaktor.az-ın xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada 16 nəfərdə virus aşkarlanıb. Özbəkistanda koronavirusdan 8 pasiyent ölüb, 992 nəfər isə sağalıb. 80 mindən çox insan karantində saxlanılır.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsində karantin rejimi mayın 10-dək davam edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 139 000-i ötüb. Bunların 959 212 nəfəri sağalıb, 218 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.