Koronavirusa yoluxdu, toyunu təxirə saldı

 02:28 30.04.2020     1177

2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində İsveçrəni təmsil edən Erik Saade koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat verib.

Sənətçi ilk olaraq xəstəliyin yüngül keçdiyini, daha sonra vəziyyətinin ağırlaşdığını bildirib.

İnfeksiyaya yoluxan Erik bütün konsert və layihələrini, eyni zamanda nişanlısı Nikol Falkiani ilə gələn ay nəzərdə tutulan toyunu da təxirə salıb.

Qeyd edək ki, Erik həmin il müsabiqədə “Popular” mahnısı ilə 3-cü, Azərbaycan isə 1-ci olmuşdu. //Axşam.az