Qazaxıstanda uçuşlar bərpa edilib

 06:27 30.04.2020     494

Qazaxıstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi tədricən yumşaldılır.

Redaktor.az xəbər verir ki, mayın 4-dən etibarən Nur-Sultan və Almatıdan Qızılorda, Öskemen, Semey və Petropavlovsk şəhərlərinə uçuşlar bərpa olunur.

Qazaxıstan aviaşirkətləri artıq beynəlxalq reyslərə də bilet satışı həyata keçirirlər.

Qeyd edək ki, bütün sərnişinlərə COVİD-19 testindən arayış almaq tələb edilir. //Axar.az