Koronavirusdan sağalanların sayı 180-i ötdü - Gürcüstan

 20:01 30.04.2020     1030

Gürcüstanda daha 6 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 184-ə çatıb.

Gürcüstanda indiyədək koronavirus 539 nəfərdə təsdiqlənib, onların 6-sı ölüb. 

Hazırda ölkə üzrə karantində 5 256, stasionar nəzarətdə isə 548 nəfər saxlanılır.