İtaliyada pandemiya qurbanlarının sayı 28 minə çatıb

 20:21 30.04.2020     952

İtaliyada son bir gün ərzində daha 285 nəfər koronavirusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 27 967 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 872 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 205 463-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 75 945 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.