Hindistanda COVID-19-a yoluxanların sayı 33 mini keçib

 08:30 01.05.2020     420

Hindistanda son sutkada koronavirusdan 73 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.

Bildirilib ki, infeksiyadan ölənlərin sayı 1 147-yə çatıb. Son sutkada 2 000-dən çox insan virusa yoluxub. Bununla da yoluxanların sayı 33 050 nəfər olub.

Son sutkada 564 nəfər sağalıb. Ölkə üzrə onların sayı 8 888-ə yüksəlib. Hazırda 25 007 xəstə müalicə alır.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 3-dək uzadıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 210 ölkə və bölgədə qeydə alınıb.