Pakistan parlamentinin sədri koronavirusa yoluxub

 12:35 01.05.2020     576

Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə Ə. Qayser özü bildirib. 

“Mənim koronavirus testimin nəticəsi müsbət çıxıb. Hazırda evdə özümü təcrid etmişəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri bu həftənin əvvəlində Baş Nazir İmran Xan və digər hökumət nümayəndələri ilə görüşlər keçirib.

Xatırladaq ki, Pakistanda indiyədək 16 817 nəfər COVID-19-a yoluxub, 385 nəfər vəfat edib. //APA