Çexiyada koronavirusa yoluxanların sayı artıb

 12:59 01.05.2020     538

Çexiyada son sutkada koronavirusa 103 yoluxma hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bunu Çexiya Səhiyyə Nazirliyin Mətbuat xidməti açıqlayıb.

Ölkə üzrə yoluxanların sayı 7 682-yə çatıb. Çexiyada koronovirusdan ölənlərin sayı 236 nəfərdir. 3 314 nəfər isə sağalıb.

Aprelin 11-dən 27-dək gündə 41 yoluxma faktı qeydı alınırdısa, son 3 gündə onların gündəlik sayı 100-ü keçib.