Rusiyada koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşır

 11:56 09.05.2020     423

Rusiyada son sutka ərzində daha 10 817 nəfər koronavirusa yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 198 676 nəfərə çatıb.

Son sutka ərzində 104 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1827-ə çatıb. Sağalanların sayı 31 916 nəfərdir.