Türkiyədən BÖYÜK UĞUR - Turboreaktiv mühərrik sınaqdan keçirildi

 03:11 10.05.2020     761

Türkiyədə yerli turboreaktiv mühərrikin sınaqları uğurla keçirilib.

Redaktor.az-ın məlumatına görə, KTJ-3200 adlı mühərrik KALE ARGE şirkəti tərəfindən hazırlanıb.

Bundan əvvəl, mühərrik üzərində ilkin sınaqlar da uğurla keçirilmişdi.

Qeyd olunur ki, yekun sınaqdan sonra KTJ-3200 mühərrikinin kütləvi istehsalı başlayacaq.