Koronavirus daşıyıcısı 533 nəfəri yoluxdurdu

 09:28 11.05.2020     704

Qanada koronavirus daşıyıcısı 533 zavod əməkdaşını yoluxdurub.

Redaktor.az xəbər verir ki, bunu ölkənin prezidenti Nana Akufo-Addo açıqlayıb.

“Bildirmək lazımdır ki, 921 yeni yoluxma hallarının 533-ü ötən çərşənbə və cümə axşamı arasında Tema şəhərində balıq emalı müəssisəsində qeydə alınıb. Bütün 533 nəfəri bir infeksiya daşıyıcısı yoluxdurub”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Qərbi Afrika ölkəsində indiyədək 4 700 yoluxma faktı qeydə alınıb. Onlardan 494 nəfər sağalsa da, 22 nəfər pandemiyanın qurbanı olub. Bildirilib ki, ölkədə 160 501 nəfər COVID-19 testindən keçib. Beləliklə, Qana Afrikada 1 milyon əhaliyə düşən test sayına görə birincidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,1 milyonu ötüb. Bunların 1,4 milyon nəfərdən çoxu sağalıb, 283 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az