Ötən gün 101 nəfər pandemiyanın qurbanı oldu - Almaniya

 09:22 13.05.2020     727

Almaniyada ötən sutkada 798 nəfərə koronavirus diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 171 306-ya yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 101 nəfər artaraq 7 634-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 292 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az