Qazaxıstanda daha 307 nəfər koronavirusa yoluxub

 09:15 17.05.2020     541

Qazaxıstanda yeni növ koronavirusa daha 307 yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın verdiyi məlumata görə, yeni yoluxma halları Almatı (93), Çimkənd (77), Nur-Sultan (32) şəhərlərində və Atırau (35), Qərbi-Qazaxıstan (22), Karaqanda (13), Akmolinsk (9), Türküstan (6), Manqıstausk (6), Almatı (5), Aktyubinsk (4), Kostanay (2), Jambıl (2), Şərqi-Qazaxıstan (1) vilayətlərində qeydə alınıb.

Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 6 157 nəfərə çatıb.