Türkiyədə 300 azərbaycanlı tələbəyə yardım göstərilib

 12:51 21.05.2020     334

Türkiyənin Sakarya vilayətində COVID-19 pandemiyası ilə müvəqqəti çətinliklə üzləşmiş 300-dən çox azərbaycanlı tələbəyə maddi və ərzaq dəstəyi göstərilib.

Redaktor.az xəbər verir ki, Sakarya Azərbaycan-Türkiyə Qardaşlıq Topluluğunun rəhbəri Vüqar Nəsirov bildirib ki, müqəddəs Ramazan ayında həyata keçirilən humanitar aksiyalar zamanı 200 tələbəyə ərzaq yardımı edilib, 100 tələbəyə (50-si birbaşa maddi yardım alıb, 50-si alış-veriş kartı ilə təmin olunub) maddi kömək göstərilib: "Xeyriyyə aksiyası pandemiya öncəsi başqa şəhərlərdən səyahət və şəxsi işlər məqsədilə Sakaryaya gələn və karantin müddətində yaşadıqları yerlərə qayıda bilməyən tələbələri və onların ailə üzvlərini də əhatə edib". //Report.az