İsrail Türkiyə ordusunun əməliyyatlarını yaxından izləyib

 22:58 21.05.2020     856

İsrail Türkiyənin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi hərbi əməliyyatları yaxından izləyərək, nəticələr çıxarıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə İdlibdə təkcə Suriya ordusuna qarşı deyil, həm də Dəməşqə dəstək verən “Hizbullah” qruplaşmasına qarşı uğurlu həmlələr edib. Bildirilir ki, İdlibdə “Hizbullah”ın “Rıdvan” adlı xüsusi dəstəsi çox sayda itkilər verib. İsrail müşahidə edib ki, "Rıdvan" silahlıları planlı şəkildə həyata keçirilən əməliyyatlar qarşısında müqavimət göstərə bilmir.

Qeyd edək ki, “Rıdvan” dəstəsi İsrail torpaqlarına xüsusi kəşfiyyat əməliyyatları təşkil etmək üçün qurulub.

Anar Türkeş