Tramp bu jurnalistləri kosmosa göndərəcəyini bəyan edib

 00:50 22.05.2020     482

ABŞ prezidenti Donald Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərilməsini təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Ağ Ev lideri “SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib:

“Ümidvaram media mənimlə birlikdə olacaq. Müxbirləri raketə qoyub bir müddət onlardan canımı qurtarmaq istərdim. Bu mənə müəyyən vaxt jurnalistlərdən istirahət etməyə imkan verəcək”, deyə Tramp zarafat edib. //Report.az