ABŞ “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır

 06:24 22.05.2020     783

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika lideri Rusiya ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Amma Rusiya razılaşmaya əməl etmir”, -deyə Tramp əlavə edib.

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət “Açıq Hava Sahəsi Müqaviləsi”ni imzalayıb. Müqavilə Soyuq Müharibədən sonra Avropada etimad tədbirlərindən birinə çevrilib. Rusiya isə bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib. Ümumilikdə müqaviləni 34 dövlət təsdiq edib. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən