Gürcüstan XİN başçısına yeni müavin təyin edildi

 14:20 22.05.2020     1061

Vladimir Konstantinidi Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin XİN başçısı Davit Zalkaliani bildirib.

O, V.Konstantinidi yeni vəzifədə bu yaxınlarda istefa verən Mixeil Ninuanı əvəzləyəcək.

Qeyd edək ki, bu vaxta qədər V.Konstantinidi Gürcüstan XİN-in rəsmi sözçüsü olub. //Report.az