İranda koronavirusa yoluxanların sayı artıb

 14:27 22.05.2020     3419

İranda koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatdı.

Redaktor.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 311 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 131 652-yə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 51 nəfər artaraq 7 300 nəfərə yüksəlib.

O həmçinin 2 659 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. 

Bundan başqa, indiyədək 102 276 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,2 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 335 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report.az