Qəzaya uğramış təyyarədə sağ qalanlar var - Pakistan

 19:00 22.05.2020     4261

Bu gün Pakistanın Lahor şəhərindən Karaçiyə uçan zaman qəzaya uğramış “Pakistan İnternational Airlines” (PİA) şirkətinə məxsus təyyarədən sağ çıxan azı 32 sərnişin yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, onlardan 15-i Karaçi Mülki Xəstəxanasına, daha 17 nəfər, o cümlədən 8 qadın da Cinnah Xəstəxanasına çatdırılıb.

CBS xəbər verir ki, A320 tipli təyyarənin pilotu Karaçi Hava Limanının nəzarət qülləsinə mühərriklərdən birinin sönməsini xəbər vermiş, cavab olaraq ona iki uçuş zolağının boş olduğu bildirilsə də, uçuş heyətilə rabitə kəsilib və bundan qısa vaxt ərzində təyyarə yerə çırpılıb.

Dərc olunmuş siyahıya görə, təyyarədə 51 kişi, 31 qadın və 9 uşaq, habelə 7 heyət üzvü olub.