Yolda 1 milyon dollar tapan xanım görün nə etdi - ŞOK ADDIM / FOTOLAR

 20:38 22.05.2020     6651

ABŞ-ın Virciniya ştatında maraqlı hadisə baş verib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Sçantz ailəsi avtomobil ilə hərəkət edərkən yolda 2 iri bağlama görüb. Bağlamaların avtomobillərin hərəkətinə mane olmaması üçün, Sçantz ailəsi onları yoldan kənarlaşdırmaq qərarına gəlib. Ailənin xanımı bağlamaların içinə baxanda gözlərinə inanmayıb. Bağlamalarda ümumilikdə 1 milyon dollar pul olub.

Sçantz ailəsi pulları dərhal polisə təhvil verib. İndi polis 1 milyon dolların sahibini axtarır. İlkin ehtimallara görə, yerli banka aid olan pullar daşınarkən inkassatordan düşüb.

Anar Türkeş / Redaktor.az

222