Hər an yeni müharibə başlaya bilər: İki nüvə ölkəsi sərhədə ordu yığır

 23:12 22.05.2020     6080

Çin və Hindistanın sərhədə əlavə ordu yığması gərginliyi artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, hər iki ölkə Ladakx bölgəsi ətrafına əlavə qüvvə yerləşdirib.

Çin əsgərlərinin bölgədə 100 çadır qurduğu deyilir. Həmçinin, Panqonq-Tso gölündə patrul qayıqlarının sayı artırılıb.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb. //Axar.az