Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb

 10:20 23.05.2020     434

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 15 nəfər yoluxub.

Redaktor.az-ın verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 365 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün, həmçinin 8 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 957 nəfər koronavirusdan sağalıb. //Trend.az