ABŞ-dan Çinə sərt qadağa: Bu təşkilatlar...

ABŞ-ın Ticarət Nazirliyi Çinin 33 dövlət və özəl təşkilatını qara siyahıya daxil edib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin siyahısına Çinin institutları, universitetləri və bir sıra böyük texnologiya şirkətləri daxil edilib.
Siyahıya daxil edilən 9 təşkilat uyğurlara qarşı insan hüquqlarının pozulmasında ittiham edilir. Digər 24 şirkət isə ABŞ-ın xarici siyasət və milli təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edilib.