Ukraynada virusa yoluxan həkimlərin sayı artıb - Rəsmi

Ukraynada koronavirusa yoluxan həkimlərin sayı 93 nəfər artaraq, 4 minə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusa 20 580 yoluxma halı qeydə alınıb, bunlardan 605-i ölümlə nəticələnib, 6 929 nəfər isə virusdan sağalıb. Yoluxanlardan 60- ı uşaqdı.