Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

 15:36 23.05.2020     658

Türkiyənin Trabzon şəhərinin Of rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.