Ermənistanda daha 359 nəfər koronavirusa yoluxdu

 16:05 24.05.2020     546

Ermənistanda koronavirusa yoluxanların sayı 6 661 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 359 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 81 nəfər koronavirusdan ölüb, 3483 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb. //Trend.az