ÜST: Dünyada koronavirusa yoluxanların sayı 101 mindən çox artıb

 22:36 24.05.2020     496

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 101 mindən çox artıb.

Redaktor.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 101 502 nəfər yeni koronavirusa yoluxub, 4 286 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 204 508, ölənlərin isə 337 687 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 338 124 yoluxma və 138 116 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 006 984, ölənlərin sayı isə 173 886 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 415 806 yoluxma və 10 988 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.