İranda koronavirusa yoluxanların sayı 140 mini ötdü

 14:10 27.05.2020     484

İranda koronavirusa yoluxanların sayı artıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141591-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7564 nəfərə yüksəlib.

O, 2551 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 111176 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. //Report.az