Rusiya Liviyada gücünü artırmağa çalışır - ABŞ-ın Afrika Komandanlığı

 13:17 29.05.2020     984

"Muzdlu pilotlar Rusiyanın tədarük etdiyi təyyarələri idarə edərək, liviyalıları bombardman edəcəklər".

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ-ın Afrika Komandanlığının rəhbəri Stiven Taunsend deyib:

“Bütün dünya Haftarın yeni hava hücumuna başlamağa hazırlaşdığını bilir. Rəsmi Moskva açıq şəkildə Liviyada təsirini gücləndirməyə cəhd edir. Onların əsas niyyəti Suriyadakı kimi hökumətin dəstəklədiyi muzdlulardan istifadə edərək, Afrikada hərbi mövcudluqlarını genişləndirməkdir”.