Türk ordusu təxribatın qarşısını aldı: 5 terrorçu məhv edildi

 14:33 30.05.2020     814

Türkiyə ordusu “Barış Pınarı" əməliyyat bölgəsində təxribata cəhd edən PKK/YPG terror təşkilatının 5 silahlısını məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əsgərlərimiz “Barış Pınarı" bölgəsinə terrorçuların girməyinə imkan vermir. Bölgədə təxribata cəhd edən 5 PKK/YPG terrorçusu məhv edilib. Sabitliyi pozmağa cəhd edən terrorçulara qarşı əməliyyatlar davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.