ABŞ-da polis idarələri, dükanlar yandırılır - ORDUYA ƏMR VERİLDİ / VİDEO

 17:08 30.05.2020     1157

ABŞ Müdafiə Nazirliyi Minneapolis şəhərindəki aksiyalara müdaxilə etmək üçün orduya “hazır olmaq” əmri verib.

Redaktor.az xəbər verir ki, ehtiyac olarsa Şimali Karolinadakı "Ford Braqq", Nyu-Yorkdakı "Ford Drum" hərbi birlikləri 4 saat ərzində Minneapolisa yerləşməlidir.

Qeyd edək ki, qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi Minneapolis şəhərində kütləvi etirazlara yol açıb.

Anar Türkeş / Redaktor.az