SON DƏQİQƏ: ABŞ-da vəziyyət nəzarətdən çıxdı - Küçələrdə silah səsləri eşidilir / FOTOLAR

 23:07 30.05.2020     2309

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyaları şiddətlənib.

Redaktor.az xəbər verir ki, yüz minlərlə insanın küçələrdə polislə qarşıdurma yaşadığı ölkədə şəhərlər yerlə yeksan edilir. Polis maşınları yandırılır. 

Oakland şəhərində etirazçılar polisə atəş açıb. Xeyli sayda asayiş keşikçisi ölüb, yaralılar var. 

Xüsusi xidmət orqanı əməkdaşları Ağ Evə daxil olmaq istəyən şəxsləri zərərsizləşdiriblər. 

Bu arada, etirazçılar CNN-in qarşısında toplaşıb. Buna səbəb isə ötən gün telekanalın çəkiliş qrupunun həbs edilməsidir.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Minneapolis şəhərindəki aksiyalara müdaxilə etmək üçün orduya “hazır olmaq” əmri verib.

Ehtiyac olarsa Şimali Karolinadakı "Ford Braqq", Nyu-Yorkdakı "Ford Drum" hərbi birlikləri 4 saat ərzində Minneapolisa yerləşməlidir.

Sevda Ulutau / Redaktor.az

222222222222222222