Rusiyada koronavirusa yoluxanların sayı artıb

 12:30 31.05.2020     372

Rusiyada koronavirusa yoluxma göstəriciləri artıb.

Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 9268 nəfər virusa yoluxub, 138 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 405843 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 4693 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 171883 nəfər virusdan sağalıb, 229267 nəfərin müalicəsi isə davam edir.