ABŞ dəhşətli fəlakətin astanasında - Hər şey alt-üst olacaq
ABŞ-da davam edən etiraz aksiyaları ölkə üçün yeni fəlakətə səbəb ola bilər.
Redaktor.az-ın məlumatına görə, aksiyalar zamanı çox sayda insanın bir araya gəlməsi koronavirusa yoluxma hallarının sürətlə artmasına səbəb olacaq. Bu səbəbdən ölüm sayının ani artım göstərəcəyi bildirilir. Bu, həm də iqtisadi baxımdan çətin günlər yaşayan ABŞ-a növbəti sarsıdıcı zərbəni vura bilər.
Qeyd edək ki, qaradərili şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq başlayan aksiyalar bütün ölkəni bürüyüb.
Anar Türkeş / Redaktor.az