Tramp etirazçıları hədələdi: ABŞ ordusunu göndərəcəm...

 10:14 03.06.2020     619

ABŞ-da qaradərililərə polis zorakılığına qarşı etiraz aksiyaları davam etdiyi bir vaxtda, prezident Donald Tramp sərt açıqlamalar verib. O, nümayişçilərə qarşı ABŞ ordusunu bütün şəhərlərdə yerləşdirə biləcəyini deyib.

Redaktor.az xəbər verir ki, ABŞ prezidenti lazım gələrsə, ölkənin hər yerinə yayılan etirazlara hərbi müdaxilə etmək üçün təlimat verəcəyini deyib:

“Əgər şəhərlər buna əməl etməzsə, ABŞ ordusunu göndərib, onlar üçün problemi tez bir zamanda həll edəcəyəm", - deyən Tramp, qubernatorlara küçələrə nəzarət etmək üçün təhlükəsizlik qüvvələrini ciddi şəkildə artırmaq lazım olduğunu bildirib:

“Biz dünyanın ən gözəl ölkəsiyik və bu ölkəni hər zaman təhlükəsiz şəkildə saxlayacağıq”.

Donald Tramp geniş təhlükəsizlik tədbirləri altında Ağ Evə qayıdıb.

Qeyd edək ki, ötən həftə sonu Ağ Evin qarşısındakı nümayişlər zamanı Donald Tramp ailəsi ilə birlikdə sığınacağa aparılmışdı.

Sevda Ulutau / Redaktor.az