Papa Corc Floydun ölümünü faciə adlandırdı

 16:07 03.06.2020     498

Roma Papası Françesko qaradərili Corc Floydun ABŞ polis tərəfindən öldürülməsini faciə adlandırıb. O, Floyd və bütün irqi ayrı-seçkilik nəticəsində ölənlər üçün dua etdiyini söyləyib.

Redaktor.az xəbər verir ki, Papa ABŞ xalqına müraciət edərək, Corc Floydun faciəli ölümündən sonra ABŞ cəmiyyətində baş verən sosial qarşıdurmaları narahatlıqla izlədiyini bildirib:

“Dostlarım, biz hər hansı formada iqrçiliyə və təcridolunmaya dözüm göstərməməliyik. Eyni zamanda, son gecələrdə baş verənlərə əsasən şiddətin yalnız özünə zərər verdiyini və özünü məğlub etdiyini qəbul etməliyik. Şiddətlə heç bir şey əldə edilməz, daha çox şey itirilər”, - deyə o, insanları şiddətə son verməyə səsləyib. 

Sevda Ulutau / Redaktor.az